banner
banner

Gündəm

Adı Abbas Abbasovla şəriklikdə hallanan deputat danışdı

Adı Abbas Abbasovla şəriklikdə hallanan deputat danışdı
Bu günlərdə bəzi saytlar deputat Mahir Aslanovla bağlı xəbər yayıblar. Xəbərdə bildirilir ki, o, növbəti parlament seçkilərində namizədliyini 96 saylı Goranboy-Naftalan seçki dairəsindən irəli sürmək istəyir. Bunun üçün M.Aslanovun adamları prosedura uyğun olaraq imza yığırlar. Məlumata görə, seçiciləri ona imza verməkdən imtina ediblər. Buna səbəb kimi deputatın 5 il ərzində öz seçicilərinin problemləri ilə maraqlanmaması göstərilir. 
 
Mətbuat həmçinin yazıb ki, Mahir Aslanov qanunları pozaraq biznes fəaliyyətini də davam etdirir. 1949-cu ildə anadan olan Mahir Aslanov parlamentin Aqrar siyasət komitəsinin üzvüdür. Bu şəxs “Kəpəz Group”un sahibidir. Deputat tikintidən tutmuş mebel sahəsinə qədər bir çox sahələr üzrə biznes fəaliyyəti göstərir. Bu şirkət tikinti, mebel, restoran, mehmanxana biznesi, həmçinin təmir-dizayn sahələri üzrə ixtisaslaşıb. Şirkət Almaniya, Türkiyə, BƏƏ, Rusiya, Rumıniya ilə güclü əlaqələr qurub.
 
Deputatın onlarla iri yük daşıma ilə məşğul olan TIR-larının olduğu bildirilir. Həmçinin, Həsən Əliyev küçəsində yerləşən “Kəpəz Mebel Evi”nin də ona məxsus olduğu haqda iddialar var. O da bildirilir ki, deputatın Bakıda bir neçə çoxmərtəbəli binaları var.
Saytlar daha sonra yazır ki, deputat Nəsimi rayonunda 50-yə yaxın ailənin yaşadığı evi təhlükə altında qoyaraq, sözügedən ünvanda özünə məxsus iki villanı uçurdub, yerində beş ulduzlu hotel tikdirib.
 
Amma açıqlamasında deputat bu binanın otel deyil, beşmərtəbəli yaşayış binası olduğunu, birinci və ikinci mərtəbələrinin ticarət mərkəzləri, qalanlarının isə ev, ofis olduğunu söyləyib.
Onun ən gəlirli obyektinin isə Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən “Happy inn” oteli olduğu vurğulanır. Bu otel vasitəsilə M.Aslanov il ərzində külli miqdarda gəlir götürür. Xüsusən ölkəmizə gələn idmançılar, futbol klubları məhz bu oteldə yerləşdirilir.
 
Deputatın baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovla da şərikli biznesinin olduğu haqda məlumatlar var. M.Aslanovun Abbas Abbasovun Rumıniyadan ölkəyə gətirdiyi mebellərin satışını həyata keçirdiyi bildirilir. 
 
Haqqında yazılanlara münasibətini öyrənmək üçün musavat.com-un əməkdaşı M.Aslanovla telefon əlaqəsi saxlayıb. 
 
Deputat deyib ki, seçiciləri onu boykot edib-etmədiyini seçkilər göstərəcək: “Hamı bilir ki, mən kiməm. Mən Abbas Abbasovla bağlı danışmaq istəmirəm. 66 yaşım var, barəmdə kim nə yazır, yazır də. Mənim Abbas Abbasovla tanışlığım belə yoxdur, o ki qalmışdı onunla şərik olam. Heç onun deputat oğlu Aydın müəllimlə də münasibətim, salam-əleykim yoxdur. Baxmayaraq ki, 5 ildir deputatıq. Çox adam çox şey yaza bilər. Mən özümə arxayınam, kim nə istəyir yazsın”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.