banner
banner

Hərbİ

İran Rusiyanın Suriyadakı addımlarını dəstəkləyib

İran Rusiyanın Suriyadakı addımlarını dəstəkləyib
İran Rusiyanın Suriyada terrorçulara hava zərbələri endirmək barədə qərarını dəstəkləyib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mərziyə Əfxam deyib. O bildirib ki, regionda və bütün dünyada sülhə təhdid olan terrorizmə qarşı əsl və hərtərəfli mübarizə vacib ehtiyacdır: “Bu hədəfin reallaşması iradə və qətiyyət, o cümlədən İraq və Suriya hökumətləri ilə birlikdə dünya ölkələrinin birgə fəaliyyət göstərməsini tələb edir. O ki qaldı Suriya hökumətinin hərbi kömək barədə Rusiyaya müraciət etməsinə, İran Rusiyanın Suriyadakı silahlı terror qruplaşmalarına qarşı hərbi əməliyyatına terrorizmlə mübarizəyə töhfə kimi baxır”. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.