banner
banner

Şou

Ebru Gündeş Rza Zərrabdan boşanmaq istəyir, amma... - foto

Ebru Gündeş Rza Zərrabdan boşanmaq istəyir,

Müğənni Ebru Gündeş və həyat yoldaşı, azərbaycanlı iş adamı Rza Zərrab arasında gərginlik yaranıb.

Cia.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ifaçının bədxərcliyinə görə cütlüyün arası dəyib. Ebrunun çox pul xərcləməsindən narahat olan Rza bu barədə müğənniyə xəbərdarlıq edib. 
Ulduz ifaçı isə bundan inciyərək həyat yoldaşına aid heç bir şeyi istifadə etməmək qərarına gəlib. Daha əvvəl konsertlərinə Zərrabın xüsusi təyyarələri ilə gedən E.Gündeş sonuncu dəfə adi hava nəqliyyatından istifadə edib. Onun hava limanının xidməti avtobusunda görülməsi hər kəsi təəccübləndirib.

Müğənninin yaşadığı problemlərə görə boşanmaq istədiyi, amma qızını atasız böyütmək istəmədiyi üçün məhkəməyə müraciət etmədiyi söylənilir.



Qeyd edək ki, 2010-cu ildə münasibətlərini rəsmiləşdirən Ebru və Rzanın 2011-ci ildə Alara adlı qızları dünyaya gəlib.



 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.