banner
banner

Sağlamlıq

İnsan və heyvanda olan hər növ virus müəyyən ediləcək

İnsan və heyvanda olan hər növ virus müəyyən ediləcək
ABŞ-ın Missuri ştatındakı Vaşinqton Universitetinin tədqiqatçıları daha bir yeniliyə imza atıblar. Alimlər insan və heyvanda olan ən xırda virusu aşkar edə biləcək sadə test üsulu yaradıblar.
"Virocap" adlandırılan yeni testdən həm Ebola, həm də SARS kimi yoluxucu xəstəliklərlə yanaşı, mədə-bağırsaq problemlərinə səbəb olan bir neçə virusun aşkar edilməsi üçün istifadə edilməsi nəzərdə tutulub.
 
Tədqiqatçıların rəhbəri həkim Qreqori Storc bildirib ki, standart testlərlə diaqnoz qoymaqda çətinlik çəkilir və epidemiyaya nəyin səbəb olduğunun bilinmədiyi hallarda "Virocap" testinin xüsusi faydası olacaq.
 
Tədqiqatçılar yeni test üsulundan daha geniş şəkildə istifadə etmək istədiklərini və klinikalara paylamağın bir az zaman alacağını qeyd ediblər. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.