Milli Məclis qurumun səlahiyyətlərini artırıb: telekanal narazıdır, reallıq isə...
Xəbər verdiyimiz kimi, Milli Teleradio Şurası ANS-in efirində yayımlanan “Səni axtarıram” verilişinin qapadılması ilə bağlı qərar verilib. Artıq bununla bağlı hər iki tərəf - qurum və telekanal müvafiq açıqlama, müsahibə yayıb. Amma yenə də məsələnin hüquqi tərəfləri maraqlıdır - qurumun belə bir səlahiyyəti varmı? Qanunvericilik bu barədə nə deyir?
Müqayisə aparaq. Türkiyədə fəaliyyət göstərən Radyo Televizyon Üst Kurumunun (RTÜK) təcrübəsində hansısa verilişin tamamən qapadılması yox, telekanala xəbərdarlıq, verilişin, hətta kanalın bir neçə günlük öz fəaliyyətini dayandırması təcrübəsi olub. Bundan başqa, RTÜK səviyyəsində hansısa verilişlə bağlı kanala ciddi xəbərdarlıq edilməsi halları da olub. Cəza almamaq üçün verilişin qapadılması və ya formatda dəyişiklik edilməsi də telekanalın öz qərarı olub.
“Çox təəssüf ki, indiyə qədər verdiyimiz tövsiyələr nəticə verməyib. Azərbaycan efirindəki sünilik, bayağılıq, şitlik, saxta ssenarilər, ailədaxili münaqişələrin həddən artıq şişirdilməsi insanların heysiyyətinə toxunulması, milli-mənəvi dəyərlərin çox aşağı səviyyədə olması ilə bağlı olan verilişlər aradan qaldırılmalıdır. Biz düzgün yoldayıq”.
APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.
N.Məhərrəmli bildirib ki, MTRŞ bu məsələdə israrlıdır: “Ona görə də hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib, belə verilişlərin bağlanması davam etdirəcəyik”.
Həmin verilişlərin reytinqinə gəlincə, N.Məhərrəmli bildirib ki, hələ bu məsələdən çıxış yolu tapa bilməyiblər: “Amma bunun üzərində işləyirik. Çünki reytinq ölçən təşkilatlarla bağlı iş çox şübhə doğurur. Hansı insanların evlərində reytinq ölçən cihazların - ”peoplemeter"lərin olduğu şübhəlidir. Ona görə də bu məsələ barədə düşünürük. Çalışacağıq ki, rəqəmsal yayıma tam keçiddən sonra bu məsələni həll edək".
Verilişlərin bağlanmasına görə ANS və digər telekanallar tərəfindən MTRŞ-in məhkəməyə verilməsinə gəlincə, N.Məhərrəmli məhkəmədən qorxmadıqlarını vurğulayıb: “Biz qərarlarımızı hüquqa uyğun veririk. İstənilən şəxs bizi məhkəməyə verə bilər, biz buna hazırıq. MTRŞ Azərbaycan efirində baş verən prosesləri tənzimləyən, qərar verən qurumdur”.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev isə anspress.az-a açıqlamasında bu qərarla bağlı maraqlı fikirlər açıqlayıb. Deyib ki, bu qərarı, daha doğrusu qərarın mətbuatda bu şəkildə afişalandırılmasını gözləmirmiş:“Ona görə ki, MTRŞ-nın toplantısında mən iştirak edirdim. Nuşirəvan Məhərrəmli başda olmaqla Şura üzvlərinin ”Sən Tək deyilsən!" və “Xoşqədəmlə axtarıram səni” verilişinin aqibətinə münasibəti mənə elə ilk dəqiqədən bəlli idi. Təxminən 1 saat yarım ərzində mən onları dinlədim və sonda məlumat verdim ki, biz onsuz da bu verilişi gələn həftə, daha doğrusu, oktyabrın 5-dən efirdən çıxarmışıq. Bu layihələri biz efirdə yalnız ona görə saxlamışdıq ki, həmin efir vaxtında oxşar layihə ilə rəqabət zərurəti var idi. Onu da deyim ki, MTRŞ-da bizim belə bir mövqeyimizdən hələ çoxdan xəbərdar idilər ki, belə verilişləri bəyənmirik və bu tipli layihələri etməmək üçün televiziya rəhbərlərinin vahid mövqeyi olsa faydalı olar. Əks təqdirdə bir kanal bu tip layihəni bağlayanda, başqası açır, nəticədə standartlar bir olmur. Sentyabr ayının 29-da ATV-də “Öz aramızda” verilişi bağlanandan dərhal sonra isə biz Yaradıcılıq Şurasının qərarı ilə “Sən Tək deyilsən!” verilişini dayandırdıq. Elə “Xoşqədəmlə axtarıram səni” verilişi də bazar günü efirdə ənənəvi formatında son dəfə yayımlanacaqdı. Müəllifin təqdim etdiyi yeni layihəyə görə, burada axtarılacaq şəxslər həm də Azərbaycanı dünyada müsbət mənada tanıdan, ona şərəf və nüfuz gətirən insanlar olacaqdı. Özü də bu qərar elə yaradıcı kollektiv tərəfindən verilmişdi. Mən onu da qeyd etdim ki, efir məkanıda daha ciddi ab-havanın yaradılması məqsədilə ANS MYMŞ yeni layihələr hazırlayıb. “Günəbaxan”ın formatı tam dəyişdirilib, o indi demək olar ki informativ tok şoudur. “A-dan Z-yə” və “ŞOKolad” verilişi artıq dayandırılıb. Burda adlarını çəkmirəm, yaradıcılıq sirridir.
Amma orda efirə gedəcək yeni layihələrimizin adlarını belə çəkdim. Yəni mən bunları deməklə diqqəti ona yönəltdim ki, ANS MYMŞ-nın öz verilişlərini bağlamaq qərarını MTRŞ-nın rəsmiləşdirməsinə ehtiyac yoxdur. Sadəcə olaraq, burda bir məqam var idi: MTRŞ istəyirdi ki, verilişlər dərhal qapansın, mən isə onları soyuq ağıla və məntiqə dəvət edərək bu fikirdən daşındıra bildim. İzah etdim ki, verilişlərin kifayət qədər tamaşaçısı var, yüksək reytinqləri var, ona görə də biz onları bağlamaq qərarını verərkən ilk növbədə bu məqamı nəzərə almışdıq, yəni ən azı müraciətləri araşdırılmağa qəbul olunmuş insanlara hörmətsizlik etməyək, verilişi dəstəkləyənlər qarşısındakı öhdəliklərimizin aqibəti barədə düşünək. Onlar da qısa müzakirədən sonra mənimlə razılaşdılar. Mən toplantının əvvəlindəki gərginliyin, ittiham aqressiyasının sona yaxın səmimiyyətə doğru dəyişdiyini hiss etdim və düşündüm ki, bu, Nuşirəvan Məhərrəmli və hörmətli Şura Üzvlərinin mənimlə sıradan bir görüşüdür və tədbirdən məlumat sızdırılarkən bu ab-hava qərarda öz əksini tapacaq. Çünki Şura Üzvləri arasında ANS-ə, onun rəhbərliyinə, olan hörmət və sayqının nümayiş etdirilməsi mənə belə düşünməyə əsas verirdi. Çünki oxşar söhbət ATV kanalı ilə də olmuş, amma onların layihəsinini bağlanması barədə verdikləri adi qərar bizimlə bağlı məsələdən fərqli olaraq az qala ittiham aktı kimi ictimailəşdirilməmişdi. Baxmayaraq ki, belə qərarlar qəflətən verilmir, ən azı əvvəlcədən xəbərdalıq edilir".
Xatırladaq ki, telekanal məlum qərarla bağlı məhkəməyə müracit edəcək.
Bəs qanunvericilik nə deyir? MTRŞ-in səlahiyyətlərinə nələr aiddir? Bu ilin fevral ayında “Televiziya və radio yayımı haqqında” qanunun 16-cı və 23-cü maddələrinə dəyişikliklər ediib. Qanunun 16-cı maddəsində “məhkəmə qarşısında iddia qaldıra bilər” sözləri “teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir” sözləri ilə əvəzlənib. MTRŞ-ın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan bu dəyişiklik o deməkdir ki, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət daha çox olurdu, lakin indi təklif edilən varianta əsasən məhkəmə qarşısında iddia qaldırmaq məsələsi çıxarılır, teleradio yayımı sahəsində müvafiq dövlət orqanına (MTRŞ) müraciət olunur.
23.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Hazırda qüvvədə olan maddəyə görə isə teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.
“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.
Abşeronun şimal-şərqində yerləşən yaşayış məntəqələrini Bakı-Quba və Bakı-Şamaxı-Yevlax magistralları ilə birləşdirəcək Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolu inşa olunur.