“Poyraz Karayel” serialında tanış olub münasibətə başlayan tanınmış cütlük Burçin Terzioğlu ilə İlker Kaleli ilk dəfə əl-ələ görüntüləniblər. Əvvəllər münasibətini inkar edən cütlük artıq sevgili olduqlarını gizlətmirlər. Burçinlə İlker İstanbulda əl-ələ gəzərkən paparassilərin hədəfində olublar. Sevgililər jurnalistlərdən qaçmayaraq sərbəst davranıblar.
Qeyd edək ki, daha əvvəl motosikletdə kameralara tuş gələn cütlük qaçmağa çalışarkən digər nəqliyyat vasitələrinə təhlükə yaratmışdılar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.