banner
banner

Sosİal

İki aydır maaş verilmir...

İki aydır maaş verilmir...

“Azəryolservis” ASC-nin işçilərinə iki aydır ki, maaş verilmir.

Cia.az xəbər verir ki, bu barədə azadliq.info-ya adıçəkilən qurumdan məlumat daxil olub. İşçilər deyir ki, rəhbərlik maaş böhranının səbəbini izah etmir. “Heç nə demirlər. Biz isə iki aydır ki, gözləyirik”, – deyə işçilər bildirir. Onların sözlərinə görə, xüsusilə “Azəryolservis” ASC-nin rayondakı idarələrində vəziyyət gərgindir. İşçilər deyir ki, indiyə qədər bu qurumda maaş böhranı olmayıb. “Azəryolservis”in tarixində belə bir şey olmayıb. Həmişə maaşımızı vaxtında almışıq. Amma artıq iki aydır ki, böhran yaşanır”, – deyə işçilər vurğulayıb.

Yada salaq ki, bir müddət əvvəl “Azəryolservis”də ixtisarlar olub. Bəzi iddialara görə, qurumun nəzdindəki idarələrin əhəmiyyətli hissəsi ləğv edilib. Nəticədə xeyli işçi ixtisara düşüb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.