banner
banner

Gündəm

“Efiri toyxanaya çeviriblər” - Açıqlama

“Efiri toyxanaya çeviriblər” -

“Aparılan araşdırmalar göstərir ki, Azərbaycan cəmiyyətinin intellektual kəsiminin böyük bir hissəsi çox təəssüf ki, xəbərlər informasiya proqramından başqa, yerli kanallardakı əyləncəli verilişlərə baxmır. Onlar əsasən, Rusiya və Türkiyə telekanallarında yayımlanan əyləncəli verilişləri izləyirlər”.
Cia.az xəbər verir ki, bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, buna əsas səbəb Azərbaycan telekanallarında yayımlanan əyləncəli verilişlərin səviyyəsinin aşağı olmasıdır: “Bu isə Azərbaycan tamaşaçısının avtomatik olaraq, xarici telekanallara meyllənməsinə gətirib çıxarır. Bu da əlbəttə ki, böyük siqnaldır. Bu vəziyyətin qarşısını almaq üçün Şura fəaliyyətini daha da gücləndirib. Şuraya əlavə səlahiyyətlər televiziyalarda vəziyyətin düzəldilməsi üçün verilib. Məqsəd də efirin təmizliyini qoruyub saxlamaq, verilişlərin səviyyəsini artırmaqdır. Bu bizdən daha çox televiziyalara və cəmiyyətə lazımdır”.

Şöbə müdirinin sözlərinə görə, ANS televiziyasında yayımlanan “Məchulu tapın”, Xəzər telekanalında yayımlanan “Ay Zaur”, “5/5”, “Hər şey daxil” və Space" televiziyasında yayımlanan “Sevimli şou” nəzarət altındadır: ““Sevimli şou”da aşağı zövqlərə köklənən müəyyən musiqi parçaları səslənir ki, bu, cəmiyyətin müəyyən təbəqəsinə köklənib, geniş auditoriya üçün deyil. Efirin toyxanaya çevrilməsini, habelə aparıcının bayağı davranışlarını nümunə göstərə bilərik. Sadaladıqlarım barədə narazılıq var. Düzdür, “Sevimli şou”da konkret heç kim təhqir olunmur. O cümlədən “5/5” verilişində həm aparıcının kobud davranışı, həm verilişin formatı, həm də verilişdə müzakirəyə çıxarılan mövzularla bağlı narahatlıq var. Həm də bu verilişdə eyni qonaqların mütəmadi verilişə çağırılması ilə bağlı şübhələr var. “Hər şey daxil” verilişində efirə yaraşmayan qeyri-etik ifadələrlə bağlı şəxsən mən özüm arayış yazmışam. Bütün hallarda problemin miqyası məsələsi var. Məsələn, “ANS” televiziyasında yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərində problemi birdəfəlik aradan qaldırmaq lazım idi. Lakin yuxarıda adlarını çəkdiyim verilişlərin formatını müəyyən mənada cilalamaq, nizama salmaq mümkündür. Təbii ki, bu effekt verməsə inzibati metodlardan istifadə olunacaq”.

T. Dadaşov qeyd edib ki, hazırda bu istiqamətdə iş davam edir: “Şura verilişlərin məzmununa müdaxilə etmir. Amma ictimaiyyətdən gələn siqnallar əsasında telekanallara müəyyən tövsiyələr verir. Artıq iradlarımız telekanallara çatdırılıb. Kanallardan müəyyən şəxslər dəvət olunub və müzakirələr aparılıb. Biz ilk növbədə gözləyirik ki, telekanallar özləri tədbir görsün. Belə olmayacağı təqdirdə isə əlbəttə Şura qərar verəcək”.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.