"Filinta" serialında Süreyya obrazını canlandıran Nur Fettahoğlu üçün ssenari dəyişdirilib.
Cia.az-ın Türkiyə mediasına istinadən məlumatıan görə, aktrisa 4 aylıq hamilə olduğu üçün filmin yaradıcı heyəti buna məcbur olub. Hamiləliyi artıq bəlli olan aktrisa növbəti seriyalarda Cem Uçanın oynadığı Bıçak Ali obrazı ilə nikah masasına oturdulacaq.
Serialın ayrlımaz hissəsi N.Fettahoğlu həyatda olduğu kimi serialda da hamilə olacaq.
Qeyd edək ki, Nur Fəttahoğlu iş adamı Levent Vəziroğlu ilə ailəlidir. Cütlük bir müddət əvvəl ayrılsa da, yenidən barışıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.