banner
banner

Dünya

Keçmiş sevgilisinə bombalı “toy hədiyyəsi”

Keçmiş sevgilisinə bombalı “toy hədiyyəsi”
Türkiyənin Aydın vilayətində 28 yaşlı Baqi. A. adlı gənc keçmiş sevgilisi 24 yaşlı Xədicə. K. üçün orijinal “toy hədiyyəsi” düşünüb.
 
O, Mustafa. K. ilə evlənən Xədicə. K.-nın evinin qarşısına partlayıcı maddə qoyub.  
 
Partlayıcı qurğunu görən Mustafa. K. təhlükəsizlik əməkdaşlarına xəbər verib. Hadisə yerinə gələn  təhlükəsizlik əməkdaşları partlayıcının üzərində “eşqimə toy hədiyyəm” mesajının yazıldığını müəyyənləşdiriblər.
 
Partlayıcı boş ərazidə zərərsizləşdirilib.  Baqi. A. isə polislər tərəfindən saxlanılıb. Günahını etiraf edən gənc həbs olunub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.