Rəsmi Bakının 2015-ci ildə paytaxtımızda keçiriləcək I Avropa Oyunlarının simvolu kimi ceyran və narı təqdim etməsi erməniləri yeni həyasızlığa əl atmağa məcbur edib. Paxıl qonşular bu dəfə də nara sahiblənmək xülyasına düşüblər.
Modern.az saytının məlumatına görə, Ermənistan mətbuatı iddia edib ki, Azərbaycanın Avropa oyunlarına simvol kimi seçdiyi nar guya, erməni narıdır.
Qeyd edək ki, nara ermənilər “nur” deyirlər, bu sözdəki “a” hərfini “u” ilə əvəz edərək, onu özəlləşdiriblər.
Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada birinci Avropa Oyunlarının simvoluna çevriləcək.
Nar Azərbaycan folklorunda birliyi tərənnüm edən taclı meyvədir. Heç bir tarixi mənbədə narın vətəni Erməistan kimi göstərilmir. Əksinə, narın tarixən Azərbaycanda becildiyinə dair saysız-hesabsız məlumatlar mövcuddur.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.