banner
banner

Sosİal

Bahalı baş daşlarına qadağa - RƏSMİ

Bahalı baş daşlarına qadağa

“Bahalı baş daşlarının qoyulması qadağan olunacaq”.

Bu barədə AzNews.az-a Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

O bildirib ki, qəbrlərə bahalı baş daşlarının qoyulmasının qarşısının alınması ilə bağlı layihə hazırlanır, amma hələ ki, bununla bağlı qəti qərar yoxdur.

Baş mühəndis onu da bildirib ki, Bakı şəhərində qəbristanlıqlar üçün xüsusi yerlər ayrılacaq. S.Həsənovun sözlərinə görə, qəbristanlıqların köçürülməsi ilə bağlı yayılan məlumatlar isə yalandır:

“Qəbristanlığın köçürülməsi üçün ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı olmalıdır. Müəyyən sahə ayrılmalı, həmin sahə təmizlənməli, qəbristanlıq üçün yararlı vəziyyətə gətirilməlidir. Bundan sonra qəbristanlığın köçürülməsinə baxıla bilər. Çünki qəbristanlıq köçürülməsi asan iş deyil”, - deyə Sabir Həsənov bildirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.