banner
banner

Sosİal

Dərman qıtlığı yarana bilər?

Dərman qıtlığı yarana bilər?

Tarif Şurasının növbəti iclasında verilən qərara görə daha 1126 dərman preparatlarının qiyməti aşağı salınıb. Tarif Şurasının qiymətləri yenidən tənzimləməsindən sonra bəzi dərman firmaları bir sıra dərmanların idxalını dayandırır. 

Cia.az xəzər xəbərə istinadən bildirir ki, dərman preparatlarının qiymətinin tənzimlənməsi ilə bağlı Tarif Şurasının qərarından sonra ölkəyə dərman idxal edən bəzi firmalar müxtəlif addımlar atırlar. Belə ki, həmin firmalar qiyməti tənzimələnən bir sıra dərmanların idxalını dayandırır. Bu isə həmin dərmanlarla bağlı ölkədə qıtlıq yarana bilərmi sualını aktuallaşdırır.

Səhiyyə nazirliyində isə hesab edirlər ki, əsas olan dərmanların adı yox tərkibi və təsiredici maddələrdir. Eyni tərkibə malik çoxlu sayda alternativ dərmanlar bazarda hər zaman var.

Amma nəzərə almaq lazımdır ki sadə vətəndaş dərmanları həkim resepti əsasında, adlarına görə alır. Yəni onun tərkibi barədə məlumatlı olmur. Bu zaman isə məsuliyyət resepti yazan həkimlərin üzərinə düşür.

 

 

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.