Bolqarıstanın məşhur müğənnisi Azis yenidən Bakının qonağı olacaq.
Cia.az-ın məlumatına görə, konsert haqda açıqlama verən təşkilatçı Samir Xəttab bildirib ki, bolqar popçu dekabrın 19- da Bakıda səhnəyə çıxacaq:
“Elektra Events Hallda baş tutacaq konsert daha möhtəşəm, qeyri-standart keçəcək. Gözləmədiyiniz sürprizlər olacaq. Tamaşaçıları konsertin sonuna kimi möhtəşəm şou gözləyir. Biletin qiyməti isə 20-150 AZN arasındadır. Qeyd edək Azisin ilk Bakı konserti bu ilin iyul ayında baş tutub. Anşlaqla keçən konsert birmənalı qarşılanmayaraq, uzun müddət müzakirələr səbəb olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.