banner
banner

Sosİal

“Arvadımla o oğlanın telefon danışıqlarını açın...”

“Arvadımla o oğlanın telefon danışıqlarını açın...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını qətlə yeriməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1984-cü il təvəllüdlü Musayev Vüsal Niyazi oğlunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Prosesə hakim Eldar İsmayılov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxs məhkəmədə vəsatət qaldıraraq cinayət işində adı hallanan Tural adlı şəxsin məhkəməyə şahid qismində dəvət olunmasını, onun həyat yoldaşı ilə telefon danışıqlarının məhkəməyə təqdim edilməsini istəyib.

Hakim bu vəsatətə məhkəmə baxışında baxılacağını bildirib. Məhkəmə baxışı oktyabrın 13-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il aprelin 28-də gecə saat 03 radələrində Zabrat qəsəbəsində baş verib. Vüsal Musayev həyat yoldaşı, 1986-cı il təvəllüdlü Məmmədova Zakirə Zakir qızını bıçaqlayaraq qətlə yetirib. Qətlin qısqanclıq zəminində törədildiyi istisna edilmir.

V.Musayev polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.