banner
banner

Sosİal

“Facebook”da yenilik olacaq

“Facebook”da yenilik olacaq
Artıq “Facebook”da  ismarıclara "bəyəndim" xaricində fərqli duyğular ilə cavab verə biləcəksiniz.
“Facebook”un qurucusu  Mark Zukerberq, öz hesabından bir video paylaşıb. Uzun bir şərhlə birlikdə paylaşılan videoda “Facebook”un yeni xüsusiyyəti ilk dəfə nümayiş olunub.
Belə ki, uzun zamandır şərh etmə, bəyənmə və paylaşma xaricində başqa bir funksiyanın  mümkün olmadığı “Facebook”a artıq çox sayda yeni reaksiya növü əlavə olunacaq. Zukerberq, yeni xüsusiyyətin testinə başladıqlarını bildirib.
 
Sosial medianın yaradıcısı hesab edir ki, “bəyəndim” funksiyası illərdir istifadə olunmasına baxmayaraq, insanın tam hissini ifadə etmir. Buna görə də o, sevgi, gülüş, qorxu, kədər və qəzəb kimi fərqli variantlar üzərində də işlədiyini açıqlayıb. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.