Azərbaycanlı model Günay Musayevanın Türkiyədə çəkildiyi “Bəyaz qərənfil” serialının yayımı dayandırılıb.
Axşam.az-ın məlumatına görə, 6 həftədir davam edən ekran işi reytinq yığa bilmədiyi üçün dünən final bölümünü nümayiş etdirib.
G.Musayeva təəssüratlarını sosial şəbəkədə yazıb: “Macəramız sona çatdı. Gözəl bir iş, möhtəşəm yaradıcı heyət idi. Çox təəssüf ki, məlum səbəblərdən altıncı bölümlə serialı bitirməli olduq. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. İşbirliyimiz tez bitsə də, bu heyətlə çalışmaq gözəl idi. Burada ailə istiliyi var idi. Fərqli bir layihə olaraq hər kəsin yaddaşında qalacaq”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.