banner
banner

Şou

“Mən gözəllər gözəliyəm, kraliçayam...” - İlhamə

“Mən gözəllər gözəliyəm, kraliçayam...”

Xalq artisti İlhamə Quliyeva yenə iddialı danışıb.

Cia.az Gecce.az-a istinadən xəbər verir ki, gözəlliyi ilə qürrələnən xalq artisti çoxunun onun yerində olmaq istədiyindən Atv Maqazin verlişinə danışıb: "Kimin ağlı çaşıbsa, deyirəm "Allah ağıl vesin". Ömrümün çoxunu yaşamışam, az hissəsi qalıb. Bu az hissəsində ləyaqətli yaşamaq istəyirəm. Padşaha çox söz, meyvə ağacına çox daş atarlar. Əgər o daşlar atılmırsa, deməli mən həyatda yoxam. Bəli, mən gözəllər gözəliyəm, kraliçayam. Bəziləri məni həzm edə bilmir. Ona görə ki, mən fəaliyyətdəyəm ,varam. Mənim başmağımı geyinirlər, yerişimi yeriyə bilmirlər. Mən onları qınamıram. Hər bir kəs istəyir ki, mənim yerimdə olsun. Ola bilməzlər. Deyirlər ki, İlhamə xanım özündən razıdır. Bəli, mən özümdən çox razıyam.Özümə böyük hörmətim var və hörmətli insanam".

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.