Sürücülərin nəzərinə: Bakı-Sumqayıt yolunda tıxac var
Bakı-Sumqayıt yolunda tıxac yaranıb.
Trend xəbər verir ki, “Bakı” futbol klubunun bazasının qarşısındakı körpüdən Şamaxinka deyilən əraziyə qədər avtomobillərin sıxlığı müşahidə olunur. Sıxlıq metronun “Avtovağzal” stansiyasının qarşısında aparılan tikinti səbəbindən yaranıb. Belə ki, Sumqayıtdan Bakıya gələn avtomobillər sözügedən ərazidə yolun daralması səbəbindən, həmin yolda sürəti azaldır bu isə tıxaca səbəb olur.
Qeyd edək ki, bü cür tıxaclar Bakı-Sumqayıt yolunda həftə içi hər gün, səhər saatlarında yaranır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.