Məhkəmə hakimi iddiasına baxdığı banka borclu imiş...
Bu gün Yasamal Rayon Məhkəməsində “Nikoil Bank”ın vəkil Əkrəm Həsənov və aznews.az xəbər saytına qarşı qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.
Hakim Zəfər Quliyev məhkəmə tərkibinə etirazın olub-olmaması barədə sual verərkən Ə.Həsənov söz istəyib.
O bildirib ki, hakim Zəfər Quliyev 2012-ci ildə “Nikoil Bank”dan 25 il müddətinə 50 000 manat məbləğində ipoteka krediti götürərək Bakı şəhəri, Gəncə prospekti, ev 73-də 47 nömrəli mənzili alıb: “Başqa sözlə, hakim borclu olduğu “Nikoil Bank”dan asılı vəziyyətdədir. Ən azı ona görə ki, həmin bankın kredit üzrə ona edilmiş və (və ya) ediləcək güzəştlərində (məsələn, faiz dərəcəsi və s.) maraqlıdır. Hakimin maaşı yüksək deyil, himayəsində isə həyat yoldaşı və iki uşağı var, üstəgəl valideynlərinə də kömək edir. Beləliklə, hakimi bankla şəxsi dostluq və kredit öhdəliyi bağlayır. Məhz buna görə də iş ona gəlib düşüb və “Nikoil Bank”ı heç mənim hakimlə qohumluq əlaqəm də narahat etmir.
Mülki Prosessual Məcəllənin 19-cü maddəsinə görə hakimin obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, ona etiraz edilə bilər. Bu halda hakim ümumiyyətlə özü-özünə etiraz etməyə borcludur. Lakin hakim bunu etməyib. Buna görə də mən hakimə etiraz edirəm”.
Hakim banka kredit borcu olduğunu etiraf edib. Zəfər Quliyevin sözlərinə görə, bu, o demək deyil ki, o, obyektiv deyil və qərəzlidir.
Məhkəmə iclası Ə.Həsənovun etirazına baxılması üçün oktyabrın 27-dək təxirə salınıb.
Etiraza Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov baxacaq
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.