banner
banner

Gündəm

Aynar həbsindən danışdı

Aynar həbsindən danışdı

Dünən "Nar cafe"də keçirilən əməliyyat zamanı saxlanılan, bu gün isə məhkəmə qərarı ilə cərimələnərək sərbəst buraxılan nazir Ziya Məmmədovun qardaşı oğlu Aynar Məmmədov hadisə ilə bağlı danışıb.

Deputat Elton Məmmədovun oğlu atv.az-a açıqlamasında bildirib ki, hazırda işdədir:

"Deyə bilərəm ki, adıçəkilən obyektdə dünən yoxlama olub. İki nəfər gəlib, 10-15 dəqiqə ərzində yoxlama aparıb, heç bir problem çıxmayıb. Onlar da çıxıb gediblər".

Maraqlıdır ki, Aynar özü hadisəni təsdiqləsə də, atası Elton Məmmədov "Turan"a açıqlamasında sözügedən xəbəri təkzib edib:

“Bu məlumatlar yalandır, boş şeylərdir. Belə yalan məlumatlara görə məni narahat etməyin. Aynar hazırda işdədir”.

"Qafqazinfo" bildirir ki, övladları ilə bağlı mətbuatda dərc olunan və fakt şəklində heç bir halda təkzib olunmayan xəbərlərin ata Elton Məmmədov tərəfindən yalanlanması birinci hadisə deyil. 

Ata və oğul hadisə ilə bağlı detalları gizlətsə də, "Qafqazinfo"nun əməkdaşı günün birinci yarısında  "Nar cafe"yə baş çəkmişdi və kafenin işçiləri hadisəni təsdiqləmişdi. Onlar Aynar Məmmədov başda olmaqla dünən axşam orada olan hər kəsin saxlanıldığını qeyd etmişdilər.

Daha sonra Daxili İşlər Nazirliyi də məlumatı təsdiqləmişdi. Məlumatda əks olunurdu ki, "Nar" kafesində qanunsuz mərc oyunlarına qarşı mübarizə üzrə tədbir keçirilib. Bu zaman 8 nəfər saxlanılıb, onlar barəsində inzibati qaydada protokol tərtib olunaraq cərimə olunmaları üçün məhkəməyə göndərilib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.