Bakı polisi sürücülər üçün yeni, amma xoş olmayan ''surpriz'' hazırlayıb.
Artıq paytaxt küçələrində olan rayon qeydiyyatlı avtomobillərə qarşı sərt addım atılacaq. Bu barədə Bakı Şəhər Yol Polis İdarəsinin rəisi Nuşürəvan Səfərov xüsusi əmr verib. Rəisin əmrinə əsasən, rayon qeydiyyatlı avtomobillər dərhal cərimə meydanına aparılacaq. Bu barədə sürücülər yol patrul xidmətinin əməkdaşları məlumat verib. Bakıda saxlanılan rayon maşınları cərimə meydanından ancaq saat 20-dən sonra çıxa biləcək.
Məsələ ilə bağlı Bakı Şəhər Yol Polis İdarəsinin mövqeyini öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, sentyabrın 15-dən Bakı qeydiyyatında olmayan maşınların şəhərə girişinə yasaq qoyulub. Rayon avtomobilləri Bakının girişlərində saxlanılaraq xüsusi dayacağa qoyulur, sürücülərə şəhərə ancaq ictimai nəqliyyatla gəlmək icazəsi verilir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.