banner
banner

Dünya

Rus qırıcıları Suriyada 40 obyekti vurdu

Rus qırıcıları Suriyada 40 obyekti vurdu

Rusiyanın Suriyadakı aviasiyası terrorçuların 40 obyektinə zərbələr endirib.

“İnterfaks”ın verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov deyib.

Sutka ərzində 41 döyüş uçuşunun həyata keçirildiyini deyən İ.Konaşenkov aviazərbələrin Hələb, İdlib, Latakiya, Hama və Deyr-əz-Zor əyalətlərini əhatə etdiyini bildirib.

Onun sözlərinə görə, nəticədə terrorçuların Hələbdəki təchizat məntəqəsi, habelə terrorçu-kamikadzelərin istifadə etdikləri avtomobillərə partlayıcı qurğuların quraşdırıldığı obyektlər məhv edilib.

Hraytan yaşayış məntəqəsində isə terrorçulara məxsus silah-sursat anbarına aviazərbə endirilib

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.