banner
banner

Sosİal

Sumqayıt DYP-dən Ramil Usubova şikayət

Sumqayıt DYP-dən Ramil Usubova şikayət

Sübhan Arifoğlu adlı sumqayıtlı sürücü Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova şikayət məktubu ünvanlayıb. O, şikayət məktubunda Sumqayıtdakı sürücüləri xəbərdar edərək, Sumqayıtdakı yol polislərindən narazılığını - sürücülər üçün yeni tələlər qurduqlarını qeyd edib. Mia.az məktubu olduğu kimi diqqətinizə çatdırır:

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Usubov Ramil İdris oğlu cənablarına

Müraciət

Hörmətli Ramil Usubov cənabları!

Mənim bir Azəribaycan vətəndaşı, vətənini sevən bir insan, həmçinin bir təhqiqatçı jurnalist kimi Sumqayıt səhərində 20.11 2014-cü ildə DYP əməkdaşı Rəhimov Elnur Adil oğlunun bizə qarşı etdiyi qeyri- qanuni , POLİS NƏFƏRİNƏ YARAŞMAYAN HƏRƏKƏTLƏRİ HAQQINDA ÖLÇÜ GÖTÜRMƏYİNİZİ XAHİŞ EDİRƏM.

Sumqayıt şəhərindəki ticarət mərkəzinin yanında avtomobilimi (sağ tərəfdə, I cərgədə maşınların arxasında şaquli vəziyyətdə) park edərək su almağa düşmüşdüm. Həyat yoldaşım maşında idi. Geri dönəndə həyat yoldaşım mənim maşınıma DYP əməkdaşının yaxınlaşıb qabaq hissədən, yandan, arxa hissədən səklini çəkdiyini dedi. Mən də maşınımın düzgün park olunduğunu, parklama qaydalarına və işarəsinə uyğun saxladığıma əmin olduğumdan həmin 3326№ -li DYP maşınının arxasıyla gedib öz iradlarımı bildirmək üçün maşınımla onlara yaxınlaşdım. DYP əməkdaşı mənə işarə ilə şağa verib saxlamağı əmr etdi. Həmin sağa verib saxladığım yer dayanacaqdan 15 metr aralı idi. DYP əməkdaşı mənə yaxınlaşanda ticarət mərkəzinin yanında ondan düzgün park elədiyim halda niyə şəklimi çəkdiyini soruşdum. Sualıma cavab verməyən əməkdaş məndən sənədlərimi istədi. Mən də səbəbini soruşaraq sənədlərimi ona təqdim etdim. O isə cavabında: "Orada eləməmişdin, indi etdin”, - deyərək cərimə protokolu yazmağa başlayanda, mən də iradlarımı bildirdim ki, "...siz özünüz sağa ver, saxla”, - dediniz. Avtomobilim işlək vəziyyətdə mənə düşməyi tələb edən əməkdaşın yeni "icad etdiyi” tələsini işə salaraq mənə cərimə yazdı. Yəni ticarət mərkəzinin yanında ardıcıl vəziyyətdə park edilmiş maşınıma yaxınlaşaraq şəklini çəkdiyini imitasiya (Sumqayıt DYP idarəsində öyrəndim ki, heç şəkli çəkməyibmiş) edərək , sürücünü arxasınca kameralar olmayan yerə qədər aparıb orada nəyəsə nail olmadıqda, belə üsullara əl atması, "qanun keşikçisi”nə yaraşmayan üsullarla vətəndaşları nəyə isə təhrik etmək variantı haqqında sizə məlumat verməyi özümə borc bildim. Dövlətimizin ona verdiyi avadanlıqdan istifadə edərək vətəndaşlardan nə isə tələb etmək üçün istifadə edərək harınlayan belə polis əməkdaşlarının qanun keşiyində dayanaraq öz vəzifə borclarını yerinə yetirən poliş əməkdaşlarına qarşı bir ləkə olduğunu vurğulayıram.

Cənab Ramil Usubov! Belə qeyri-qanuni əməllərlə məşğul olub vətəndaşları Prezidentə, dövlətə qarşı yönəldən və polisin şərəfli adına ləkə gətirən əməkdaşları haqqında ölçü götürməyinizi xahiş edirəm.

İmza: Sübhan Arifoglu 20.11.2014//MİA.Az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.