Bakı-Sumqayıt qatarının hərəkət cədvəli yenə dəyişdirilir
Oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək.
Virtualaz.org "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinə istinadən bildirir ki, son vaxtlar artan sərnişin sıxlığını və sərnişinlərin təkliflərini nəzərə alaraq,Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının intensivliyi artırılıb, reyslər arasındakı intervallar azaldılıb. Elektrik qatarları gün ərzində 20 reys edəcəklər. 10-nu Bakı Sərnişin Stansiyasından Sumqayıt Sərnişin Stansiyasına və 10-nu isə əks istiqamətə hərəkət edəcək.
Beləliklə, oktyabrın 18-dən etibarən Bakı-Sumqayıt elektrik qatarları Bakı Sərnişin Stansiyasından saat 05:00, 05:20, 05:35, 05:50, 08:30, 16: 00, 17:35, 18:30, 19:00 və 19:50-də, Sumqayıt Sərnişin Stansiyasından 07:00, 07:30, 07.45, 08: 00, 09:30, 17:10, 18:40, 20:00, 20:50 və 21.20-də yola düşəcək.
Hər şənbə, bazar və bayram günləri, sərnişin sıxlığı az olduğuna görə, Bakı Sərnişin Stansiyasından saat 05:00-da və 05:20-də, Sumqayıt Sərnişin Stansiyasından isə saat 07:00-da və 07:30-da yola düşən elektrik qatarları hərəkətdə olmayacaq.
Sərnişin sıxlıgı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.