ABŞ-da “Hayastan” Ümumerməni Fondu tərəfindən keçirilən 17-ci telemarafonda 12 399 550 dollar ianə yığılıb.
AzNews.az xəbər verir ki, bu miqdara vəd edilən ianələr də daxil edilib.
“Telemarafon-2014”də toplanan pullar Basarkeçər-Ağdərə avtomobil yolunun təmirinin başa çatdırılmasına sərf olunacaq.
Bu yol Ermənistanla qondarma “Dağlıq Qarabağ Respublikası”nı birləşdirən yoldur.
Noyabr ayının 19-dan 23-nədək Fransada keçirilən “Hayastan” fondunun 15-ci Ümumavropa “Foneton”unda isə 1,37 milyon avro toplanıb.
Qeyd edək ki, bu yolla ermənilərin istər Avropada, istərsə də ABŞ-da “dilənməsi” ilk hal deyil. Belə telemarafonlarda toplanan pullarla Azərbaycanın qədim torpağı olan Qarabağın yolları inşa edilır və yenidən qurulur.
Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar da bir vaxtlar yaşadıqları rayonlarda yaxşı evlər tikib və bağ salıb. Hazırda isə onun bəhrəsini ermənilər görür.
İnanırıq ki, Qarabağda inşa edilən yollar da azərbaycanlıların və Qarabağ ermənilərinin birgə istifadə edəcəyi yol olacaq.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.