Şamaxıda yol hərəkətini tənzimləyən bəzi nişanları sürücüləri çaş-baş salır. Bəziləri hətta anlaşılmazdır.
Mütəxəssislər deyir ki, işarə tamamilə səhvdir, ümümiyyətlə belə yol nişanı mövcud deyil.
Cia.az xəzər xəbər-ə istinadən xəbər verir ki, rayonda "Diqqət! Uşaq var" nişanı düz olsa da yeri səhv qoyulub. Lövhə şəhərdaxili yollarda xəbərdarlıq nöqtəsinə 50 metr qalmış yerləşdirilməlidir. Şəhərdaxili yollarda avtomobillərin intensiv hərəkət ediyi yerlərədə bəzi nişanların olmaması dumanlı havada çətinlik yaradır.
Şamaxı Rayon Polis Şöbəsi, Yol İstismar İdarəsi, habelə İcra Hakimiyyəti məsələnin onların səlahiyyətində olmadığını bildirdiklərinə görə bununla bağlı rəsmi münasibət əldə etmək mümkün olmayıb.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.