banner
banner

İdman

Qriqorçuk Ukrayna millisini çalışdıra bilər

Qriqorçuk Ukrayna millisini çalışdıra bilər

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna millisini çalışdıra bilər.
Bu barədə Ukrayna mətbuatı xəbər yayıb. 
Bildirilir ki, millinin hazırkı çalışdırıcısı Mixail Fomenko istefaya göndəriləcək. Hətta “pley-off”a çıxan Ukrayna yığması “Avro-2016”nın final mərhələsinə vəsiqə qazansa belə, Fomenko ilə yollar ayrılacaq.
Fomenkonun bir nömrəli əvəzləyicisi isə “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçukdur. 
Yerli mətbuat Qriqorçukun federasiya rəhbərliyi ilə danışıqlar üçün dekabrda Ukraynaya gedəcəyini də yazıb. O da qeyd olunub ki, Qriqorçukla razılıq əldə olunmasa, Andrey Şevçenko ilə danışıqlar aparılacaq.
Qeyd edək ki, Roman Qriqorçuk Ukraynada "Çernomorets"dəki uğurlu nəticələri ilə tanınır. O, bu komandanı Avropa Liqasının 1/16 finalına yüksəltməyi bacarıb. 
Ötən il ölkəmizə gələn Qriqorçuk “Qəbələ”də də uğurlu fəaliyyəti ilə yadda qalır. Ölkə çempionatında bürünc medalı qazanan “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəlib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.