Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının şəhəri, Binəqədi rayonunun Mehdiabad qəsəbəsindəki Gənclər şəhərciyində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 47 mənzil müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Nazirliyin mətbuat xidmətindən daxil olan xəbərdə bildirilir ki, mənzillərin təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev insanların sosial təminatının gücləndirilməsi istiqamətində ilbəil geniş vüsət alan tədbirlərdən bəhs edib. Ç.Əliyev bildirib ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, ilkin mərhələdə respublikamızın 52 rayonunda 375 fərdi evin tikintisi işləri aparılıb və ötən həftə onlardan inşası yekunlaşan 41 ev artıq istifadəyə verilib.
Daha sonra yeni mənzillərə baxış keçirilib. Ailə üzvlərinin sayına olaraq təqdim olunan, hər biri iki və ya üç otaqlı olan mənzillərdə müasir tələblərə cavab verən yaşayış şəraiti yaradılıb.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.