banner
banner

İdman

Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. 
 Ağdam klubunun çalışdırıcısı 4:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“5 qolun vurulduğu görüş azarkeşlər üçün maraqlı alındı. Rəqibimiz “Zirə” hər keçən tur daha yaxşı oynayır, optimal formasını yığır. Rəqib bizə 90 dəqiqə problem yaşatdı. Öz oyunumuzdan danışsaq, komanda pis futbol sərgiləmədi. Məqsəd 3 xal qazanmaq idi. Gözəl atmosfer yaratdıqları üçün azarkeşlərimizə təşəkkür edirəm. Zədəli oyunçularımız var. 
Hazırda futbolçuların ən çox yükləndiyi vaxtdır. Biz bu zədələri gözləyirdik. Reynaldo ilə bağlı tam dəqiq danışa bilmərik. Həftənin əvvəli bu barədə konkret məlumatımız olacaq. Əməliyyat olunmaya da bilər. Sevinirik ki, Çumbinyo qayıtdı və oynadı. Matç zamanı zədə alan İlqar Qurbanovun durumu ciddi olmamalıdır. Maksim Medvedev məşqlərə başlasa da, Cavid Tağıyevin yaxın günlərdə yaşıl meydanlara qayıtmaq ehtimalı hələ yoxdur. Ümumi götürsək, vəziyyət yaxşıya doğru gedir”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.