banner
banner

Sosİal

Bir ailənin 5 üzvü göbələkdən zəhərlənib

Bir ailənin 5 üzvü göbələkdən zəhərlənib
Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, oktyabrın 19-da saat 01 radələrində Qax şəhərində bir ailənin 5 üzvü - 1974-cü il təvəllüdlü Əlyar Xalis oğlu Əliyev, onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Zeynəb Hacımurad qızı Əliyeva, onların övladları 2001-ci il təvəllüdlü Xalis, 2005-ci il təvəllüdlü Nahid və Əlyar Əliyevin anası, 1939-cu il təvəllüdlü Vəsilə Məhəmməd qızı Əliyeva zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olublar.
Məlum olub ki, Əliyevlər ailəsinin üzvləri oktyabrın 18-də axşam saatlarında evdə göbələk yeyiblər.
Yeməkdən bir qədər sonra ailə üzvlərinin hamısında zəhərlənmə əlamətləri büruzə verib.
Xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən Əliyevlər üzvlərinə lazımi tibbi yardım göstərilib.
Vəziyyətləri stabilləşdikdən sonra onlar bu gün səhər saatlarında evə buraxılıblar.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.