Avropa İttifaqı (Aİ) İŞİD-ə qarşı yeni bir layihə hazırlayır.
ANS PRESS-in məlumatına görə, Aİ İŞİD terror qruplaşmasının internet sahəsində apardığı təbliğata qarşı internet saytı üzərində işləyir. Saytda bir sıra çox işlənən dillər, eləcə də türkcə işlədilməsi funksiyası da olacaq.
Layihə ilə bağlı açıqlama verən Almaniya Daxili ilər naziri internet saytının İŞİD-in apardığı təbilğata təsir edə biləcək bir məzmuna sahib olacağını bildirib.
“İnternetdə də onların özbaşınalıq etməyinə imkan verə bilmərik” – deyə alman nazir vurğulayıb.
Saytın nə vaxta hazır olacağı barədə əlavə heç bir məlumat verilmir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.