Paytaxtın bir sıra küçə və prospektlərində güclü tıxac yaranıb.
Cia.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda Xudu Məmmədov, Əhmədbəy Ağa oğlu, Molla Pənah Vaqif küçələrində, Sakit Qocayev, Şah İsmayıl Xətai, Fətəli Xan Xoyski prospektlərində avtomobillərin intensiv hərəkəti müşahidə edilir.
Bununla yanaşı, Nəriman Nərimanov prospektində, Ceyhun Səlimov, Mikayıl Müşfiq küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.