Çinin materik hissəsindən “Facebook” şirkətinə məxsus “Instagram” fotoxidmətinə giriş bloklanıb.
Honkonqda keçirilən demokratik nümayişlər bloklanmanın səbəbi kimi güman edilir.
CİA.Az-ın "ICTnews"a istinadən məlumatına görə, hazırda “Instagram” resursu gözyaşardıcı qazı tətbiq edən Honkonq polisi ilə etiraz və toqquşmalardan ibarət çoxlu şəkil yerləşdirib. “Instagram”ın rəsmi mətbuat xidməti bazar günü əlçatmaz olub. Eyni zamanda Asiya KİV-i yazır ki, bir çoxları Honkonqdakı etirazlar haqda xəbərlərlə bağlı “Instagram” resursuna müraciət edir.
Xidmətdə şəkillərin çoxu # OccupyCentrali # OccupyHK heşteqləri ilə dərc edilir. Hər iki heşteq Çinin “Weibo” bloq xidmətində bloklanıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.