Eldar Mahmudovun oğlunun holdinqi: “Yaguar”lar, “Range Rover”lər, elit şərablar...
Azərbaycanda holdinqlərin, iri şirkətlərin məmurlara yaxın olması heç kimə sirr deyil.
2006-cı ildən fəaliyyət göstərən “Caspian Crystal” şirkətlər qrupunun keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova bağlı olduğu iş dünyasına yaxşı məlumdur.
Anar Mahmudov
“Caspian Crystal” holdinqin İdarə Heyətinin sədri Anar Eldar oğlu Mahmudovdur.
“Marja”nın araşdırması nəticəsində məlum olub ki, “Caspian Crystal” bir neçə istiqamətdə ixtisaslaşıb - katerinq, qida, restoranlar və avtomobil satışı.
“Caspian Crystal” şirkəti Azərbaycanda dünyanın hər bir yerindən gətirilmiş eksklüziv şərablar və alkoqollu içkilər təklif edən ilk butikin - “Wine City”nin yaradıcısıdır. Hazırda Bakıda bu adla 2 butik fəaliyyət göstərir. “Wine City” mağazasında 18000 şüşənin saxlanıldığı şərab anbarı yaradılıb.
“Wine City”nin mağazası
Şərab butikinin layihəsi və dizaynı fransızlarla birgə hazırlanıb. Bu şərablar elit müəssisələrə təqdim edilir və VİP müştəriləri üçün nəzərdə tutulub.
“Caspian Crystal” şirkəti 2008-ci ildən etibarən lüks qədəhlər istehsalçısı “Riedel Crystal” şirkətinin Azərbaycanda rəsmi distribütorudur.
“Caspian Crystal” şirkətinin fəaliyyətinin bir istiqaməti Avropanın ən yaxşı istehsalçılarından eksklüziv qida məhsullarının idxalıdır. 2007-ci ildə şirkət öz ərzaq bazasını yaradıb və “Gastronomy” pərakəndə və topdansatış üzrə ilk mağazasını açıb. Hazırda “Gastronomy-1”, “Gastronomy-2” və “Gastronomy-3” mağazaları fəaliyyət göstərir.
"Beluga" restoranı
Öz fəaliyyətinə restoran biznesi ilə başlayan “Caspian Crystal” şirkəti “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP”, “Velluto” və “Crystal Shikhovo” kimi dəbdəbəli restoranlar şəbəkəsi yaradıb.
“Caspian Crystal” şirkəti müəssisə və təşkilatların əməkdaşlarının qida ilə təmin olunmasının təşkili üzrə podrat xidmətlərinin göstərilməsi üzrə də ixtisaslaşıb. Şirkət quruda olduğu kimi neft platformaları və açıq dənizdəki gəmilərdə də qida xidməti göstərir.
Azərbaycanda “Range Rover”, “Yaguar”, “Maseratti” avtomobillərinin və “Dicati” motosikletlərinin rəsmi distribütoru olan “Crystal Motors” şirkəti də “Caspian Crystal” holdinqinə bağlıdır.
“Caspian Crystal”ın baş ofisi Bakıda Yusif Səfərov küçəsində “Caspian Crystal” plazada yerləşir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.