banner
banner

Dünya

Milyonçu kəndlilərinə pulsuz villa payladı

Milyonçu kəndlilərinə pulsuz villa payladı

Çinli milyonçu doğulduğu kəndin bütün evlərini sökdürüb və həmyerlilərinə pulsuz lüks mənzillər və villalar bağışlayıb.

CİA.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Sün Şuyxua yaşayış məntəqəsinin sakinlərinə keçmişdə göstərdikləri xeyirxahlığa görə minnətdarlıq edib.

İş adamı Çinin cənubunda yerləşən Ksinyu yaşayış məntəqəsini tamamilə yenidən qurub. O, 72 ailəni yeni lüks kiçik mərtəbəli evlərdə mənzillərə köçürüb. Xüsusi minnətdarlıq etmək istədiyi 18 ailəyə isə villa verib. Kənddə yeni yaşıllıqlar salıb, heykəllər qoyub, uşaq bağçası və art-mərkəz tikdirib.

54 yaşlı Sün Şuyxuanın kəndliləri onun işlərini xoş qarşılayırlar. “Mən onun valideynlərini yaxşı xatırlayıram, onlar yaxşı adamlar idi. Övladlarına xeyirxahlıq valideynlərindən irsən keçib”,- deyə kəndin ahıllarından biri deyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.