banner
banner

Dünya

İŞİD həkimləri öldürdü

İŞİD həkimləri öldürdü

İŞİD əmrlərinə tabe olmayan həkimləri öldürüb.

ANS PRESS-in məlumatına görə, İraqın Mosul şəhərindəki xəstəxanaya yaralı olaraq gətirilən İŞİD terror qruplaşması üzvlərini müalicə etməkdən imtina edən 10 həkim öldürülüb. Bu barədə Kürdistan Demokrat Partiyası Mosul nümayəndələrindən olan İsmət Rəcəb məlumat verib.

O bildirib ki, İŞİD silahlıları əmrə tabe olmayan həkimləri sıra ilə düzərək güllələyib həyatlarına son qoyublar.

Bundan başqa, İŞİD-in Mosuldakı toplanış mərkəzlərinə koalissiya qüvvələrinin etdiyi hücum nəticəsində 43 terrorçu məhv edilib.

Qeyd edək ki, bombardmançı təyyarələrin hədəfi Ninova oteli ilə Zuhur məhəlləsi arasında yerləşən İŞİD mövqeləri olub.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.