banner
banner

Gündəm

“Ayın 27-dəki məhkəməyə ümidimiz var”

“Ayın 27-dəki məhkəməyə ümidimiz var”

Pərviz Həşimlinin ailəsi son MTN olaylarından sonra haqq-ədalətin bərqərar olacağına inanır; İlahə Rüstəmova: “İlqar Əliyevin Pərvizə şər atdığı açıq-aşkar görünür" 

MTN-də yaşanan məlum hadisələr “Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimlinin azadlığa çıxması ilə bağlı ehtimalları artırıb. Jurnalistin iki il öncəki həbsində birbaşa adı hallanan Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılmasından və P.Həşimlinin həbsi əməliyyatını həyata keçirən şəxslərin bir qisminin saxlanılmasından sonra cəmiyyətdə bu məsələ ilə bağlı müzakirələr də başlanıb. 
 
P.Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova musavat.com-a açıqlamasında bildirdi ki, Pərvizlə telefonla danışanda bu məsələ barədə də müzakirə aparıblar. Müsahibimizin sözlərinə görə, ailə olaraq növbəti məhkəmə instansiyasında obyektiv qərarın çıxarılacağına ümid edirlər: “Əgər obyektiv məhkəmə keçsə, Pərvizə bəraət verilər. Çünki İlqar Əliyevin Pərvizə şər atdığı açıq-aşkar görünür. Oktyabrın 27-dəki məhkəməyə ümid edirik”.  
 
P.Həşimlinin vəkili Bəhruz Bayramov isə daha öncə bizə açıqlamasında bildirib ki, jurnalistin həbsində MTN-in Antiterror Mərkəzinin rəisi Elçin Əliyev və onun müavini İlqar Əliyevin birbaşa əli var idi: “Pərviz deyirdi ki, həbs olunanda İlqar Əliyevin otağında ona işgəncə verə-verə Əli Nağıyevin və başqalarının əleyhinə olan saxta ifadəyə qol çəkdirmək istəyiblər. Hər 5 dəqiqədən bir İlqar Əliyev Hilal Əsədova məlumat verirmiş. Pərviz qol çəksəydi, müəyyən şəxslər həbs olunmalı idi. Xüsusi təyinatlılar hazır vəziyyətdə dayanıblar. Bu proses səhərə qədər davam edib. Görüblər ki, mümkün deyil, ondan sonra xüsusi təyinatlıları sərbəst buraxıblar. Bütün bunları Pərviz mənə dedi. Mənə onu da dedi ki, həmin saxta ifadəyə qol çəkməsi üçün İlqar Əliyev onu gah döyürmüş, gah da şirnikləndirici təkliflər edirmiş. Məsələn, deyirmiş ki, həmin məmurlar haqda yalandan ifadə versə, ona 1 milyon pul verəcəklər, həmçinin geniş imkanlar yaradacaqlar”.
 
Pərviz Həşimlinin oktyabrın 27-də Ali Məhkəmədə prosesi olacaq. Qeyd edək ki, jurnalist 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Ona qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.