banner
banner

İdman

“Qarabağ” da uduzdu

“Qarabağ” da uduzdu

Oktyabrın 22-də futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin III turunun oyunları keçirilib.

Azərbaycanı bu mötəbər turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu səfərdə Fransanın “Monako” klubu ilə münasibətlərinə aydınlıq gətirib.

Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 70-ci dəqiqədə Lasina Traore vurub.

Bu qrupun digər oyununda Belçika “Anderlext”i evdə “Tottenhem”i (İngiltərə) 2:1 hesabı ilə məğlub edib.

Beləliklə, 3 oyundan sonra qrupa 5 xalla “Monako” başçılıq edir, “Anderlext” və “Tottenhem”in 4 xalı var. “Qarabağ” isə 3 xalla sonuncu pillədədir.

Bu, Avroliqada oynayan Azərbaycan klublarının gün ərizndə ikinci məğlubiyyədir. Bu gün "Qəbələ" Almaniyanın adlı-sanlı "Borussiya" (Dortmund) klubunu qəbul edib. Oyun alman klubunun qələbəsi ilə başa çatıb - 0:3.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.