Cənubi Amerikada yerləşən Boliviya “erməni soyqrımı”nı tanıyıb.
Boliviya parlamenti yekdilliklə “erməni soyqrımı” inkar edən siyasəti qəti şəkildə pisləyən qətnaməni qəbul edib.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq qətnamə noyabrın 26-ı qəbul edilib.
Parlamentin sədri Conia Qardia Melqar bəyane dib ki, “qətnamə XİN, Senat və deputatların razılığı” ilə qəbul edilib.
“Biz kürd və erməni xalqları ilə həmrəy və dost olduğumuzu bildiririk. Çünki bizim Konstitusiyamız diskriminasiya, insan haqlarının pozulması və soyqırımları qarşıdır”, - deyə Melqar vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.