banner
banner

Gündəm

Daha bir xidmət yoxlamaları dayandırdı

Daha bir xidmət yoxlamaları dayandırdı
Əliabbas Bağırov: "BŞTXD tərəfindən alkoqollu içkilərə və tütün məhsullarının satışına lisenziyanın verilməsi dayandırıldı"
Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Bakı Şəhər Ticarət və Xidmət Departamenti (BŞTXD) alkoqollu içkilərə və tütün məhsullarının satışına lisenziyanın verilməsini, eləcə də qurumun səlahiyyətinə  aid olan yoxlamaları dayandırıb. Bu barədə məlumatı Movqe.az-a eksklüziv olaraq qurumun mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov verib. Ə. Bağırov bildirib ki,ölkə başçısının müvafiq fərmanına əsasən alkoqollu içkələrə və tütün məhsullarının satışına lisenziyanın vermilməsi "ASAN" xidmət tərəfindən icra ediləcək. 
Xatırladaq ki, Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
 
Eyni zamanda prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən "ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub. Qanun layihəsi millət vəkilləri tərəfindən müzakirəsinə çıxarılmadan səsə qoyularaq qəbul edilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.