banner
banner

Sosİal

Metro qarşısında ürəyi getdi

Metro qarşısında ürəyi getdi

Bu gün Bakıda metronun “İçərişəhər” stansiyasının qarşısında bir nəfərin ürəyi gedib.

Bu gün metronun "İçərişəhər" stansiyasının qarşısında ortayaşlı bir qadının halı pisləşib. Qadına ətrafdakılar kömək etməyə çalışsalar da, onun halı daha da pisləşdiyindən stansiyaya Təcili Tibbi Yardım briqadası çağırılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, bu gün "İçərişəhər" stansiyasının içində kiminsə halının pisləşməsi faktı qeydə alınmayıb və bunə görə həkim briqadası da çağırılmayıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə deyiblər ki, hadisə metronun "İçərişəhər" stansiyasının qarşısında baş verib.

Bildirilib ki, 45-50 yaşlarında olan qadına lazımi tibbi yardım göstərildikdən sonra yaxınlarının müşayiəti altında evinə buraxılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.