“Miss Austria 2013” gözəllik müsabiqəsinin qalibi Ena Kadic qayalıqdan yıxılaraq ölüb.
Ena Kadic ötən cümə Innsbrucka gəzmək üçün səfər edib. Bir neçə gün həmin ərazidə yaşayan model qayalıq üzərində selfie çəkdirmək qərarına gəlib. Bu zaman müsabiqə qalibi 30 metr yüksəklikdən yıxılıb.
Model təcili olaraq helikopterlə xəstəxanaya yerləşdirilib, həyatını xilas etmək mümkün olmayıb.
Bu gün Xalq artisti Zeynəb Xanlarova yubileyini qeyd edir.
Cia.az xəbər verir ki, onun 85 yaşı tamam olur. Uzun müddətdir ictimaiyyət arasında, efirlərdə görünməyən sənətkar müsahibələrinin birində deyib ki, mərhum anası ona 120 il yaşayacağını deyirmiş: “Mənim anam 100 yaşında rəhmətə gedib. Ona görə də mən uzunömürlülərdənəm. Məni Allahım, xalqım daim yaşadacaq”.