banner
banner

Dünya

Toni Bleyer: "Səddam Hüseynə görə..."

Toni Bleyer: "Səddam Hüseynə görə..."
İraqdakı hərbi əməliyyatlar və Səddam Hüseynin devrilməsi İŞİD-in yaranmasına səbəb olan əsas amillərdən biridir.
Bunu CNN telekanalına müsahibəsində Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer söyləyib. Onun sözlərinə görə, Səddam Hüseyni 2003-cü ildə devirənlər 2015-ci ildəki hadisələrə görə də məsuliyyət daşıyırlar:
“Bizim düzgün olmayan kəşfiyyat məlumatı aldığımıza görə hər kəsdən üzr istəyirəm. Həmçinin planlaşdırmada buraxdığımız səhvlərə görə də təəssüflənirəm. Əlbəttə, biz bilirdik ki, İraqdakı rejimin devrilməsinin nəticələri nə olacaq. Lakin heç vaxt məhz Səddamın devrilməsinə görə üzr istəməyəcəm”.
 
Qeyd edək ki, 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsi zamanı Böyük Britaniya onu dəstəkləmişdi. Həmin zaman məhz Toni Bleyer parlamenti və xalqı İraq müharibəsinin Yaxın Şərqə hüzur gətirəcəyinə inandırmışdı. Səddam Hüseynin devrilməsindən 12 il keçməsinə baxmayaraq, hələ də İraqa sülh gəlməyib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.