banner
banner

Hərbİ

Zakir Həsənov əsgər valideynləri ilə görüşdü - Fotolar

Zakir Həsənov əsgər valideynləri ilə görüşdü -
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə “Açıq qapı” günü tədbiri keçirilib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, oktyabrın 25-də hərbi hissəyə gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov əsgər valideynləri və yaxınları ilə görüşərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığına əsasən qısa müddətdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, ordunun silahlanmasına qəbul edilən ən müasir döyüş texnikası, silah-sursat, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlər, yeni inşa edilən hərbi şəhərciklər, eləcə də müdafiə sahəsinə aid infrastruktur dəyişiklikləri və digər məsələlər barədə söhbət edib.
Ziyarətçilər hərbi hissədə əsgərlərin yaşayış və məişəti üçün yaradılan şəraitlə tanış olub, xidməti, inzibati binaları, hamam-camaşırxana-qazanxana kompleksini gəzib, nümayiş etdirilən döyüş texnikası və silahlara baxıb, təlim nöqtələrində hərbi qulluqçuların çıxışlarını izlədikdən sonra əsgər yeməkxanasında nahar edib və xatirə fotosu çəkdiriblər.
 
Keçirilən tədbirdən və hərbi hissədə şəxsi heyət üçün yaradılan şəraitdən məmnun qalan valideynlər dövlət başçısına Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. 
 
Bildirilib ki, “Açıq qapı” günü tədbirləri bundan sonra da bütün hərbi hissələrdə mütəmadi olaraq keçiriləcəkdir.
 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.