Məqsədi ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə töhfə verməkdən ibarət olan növbəti iməclik Səbail rayonun Abbasqulu Abbaszadə küçəsi boyunca keçirilib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, həmin gün iməclikdə rayon İcra Hakimiyyətinin, rayonun idarə və təşkilatlarının, təsərrüfat xidmətlərinin əməkdaşları ilə yanaşı, ali və orta məktəblərin kollektivləri, ümumilikdə 500 nəfər qoşulub.
Havanın əlverişsiz olmasına baxmayaraq səhər tezdən start götürən ağacəkmə kampaniyasında çox böyük fəallıq nəzərə çarpırdı. Abadlaşdırılan ərazidə əvvəlcədən təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, bura mineral gübrələr səpilib. Burada yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunmuş, böyük miqdarda dekorativ ağac və gül kolları alınıb. Biomüxtəlifliyin artırılması və rayonun florasının daha da zənginləşdiyilməsi məqsədi ilə yerli ağac növləri ilə yanaşı bir sıra xarici ölkələrdən müxtəlif gül və ağac kolları gətirilib.
Gün ərzində keçirilən ağacəkmə aksiyası zamanı 1000 ədəd yeni ağac və 1000 ədəd gül kolu əkilmiş, əvvəl əkilmiş 3000 ədəd ağaca qulluq göstərilib.
Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.