banner
banner

İdman

Mourinyo istefaya göndərilə bilər

Mourinyo istefaya göndərilə bilər

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo istefaya göndərilə bilər.

Bu barədə İngiltərənin "Daily Express" qəzeti məlumat yayıb. Bildirilib ki, London klubu Premyer Liqanın 11-ci turunda "Liverpul"a uduzacağı təqdirdə, portuqaliyalı mütəxəssislə yollar ayrılacaq. İddia edilib ki, J.Mourinyonu Qus Hiddink və ya Karlo Ançelotti əvəzləyə bilər.

Qeyd edək ki, "Çelsi" ölkə çempionatının 10-cu turunda "Vest Hem"ə 1:2 hesabı ilə uduzub. Sözügedən oyunda London klubunun 7 futbolçusuna sarı vərəqə göstərilib, Nemanya Matiç qırmızı vərəqə ilə cəzalandırıb. "Çelsi"nin baş məşqçisi Joze Mourinyo isə tribunaya göndərilib.

Əlavə edək ki, "Çelsi" 10 turdan sonra 11 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.