banner
banner

Gündəm

Əli İnsanov bu gün həbsdən azad edilə bilər

Əli İnsanov bu gün həbsdən azad edilə bilər
Məhbəsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun qardaşı Məhəmməd Binnət oğlu İnsanov vəfat edib.  Bu haqda “Basta”ya Deportasiya Qurbanları Cəmiyyətindən məlumat daxil olub. Cəmiyyətdən göndərilən ismarıcda Əli İnsanova, eləcə də İnsanovlar ailəsinə dərin hüznlə başsağlığı verilib.
Əli İnsanov həbsdən azad edilə bilərmi? Xatırladaq ki, həm qanunvericilikdə, həm də praktikada məhbusların ailə üzvləri vəfat etməsi ilə əlaqədar 7 günlük həbsdən azad edilməsi təcrübəsi var. Məsələn, “Azadlıq” qəzetinin keçmiş redaktoru Qənimət Zahid, Müsavat başqanı Arif Hacılı həbsdə olarkən, onlara öz valideynlərinin dəfnində iştirak etmək üçün şərait yaradılmışdı. Həmçinin vicdan məhbusu Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu vəfat edərkən, ona bir həftəlik məsuliyyət verilmişdi.
Vəkil Nemət Kərimli bildirdi ki, Cəzaların İcrası Məcəlləsinə əsasən cəza çəkən şəxslərin yaxın qohumları vəfat edərsə, yas mərasimində iştirak etmək üçün 7 günlük məzuniyyət verilə bilər: “Bu səlahiyyət, yuxarı orqanlara yox, birbaşa Cəzaçəkmə Müəssisəsinin rəisinə aiddir, yəni buna görə nə Penetensiar Xidmətə, nə də siyasi rəhbərliyə müraciət etməyə ehtiyac var”.
 
Nemət Kərimli bildirdi ki, Əli İnsanov hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Müsavat başqanının müavinləri Togiq Yaqublu və Fərəc Kərimli də bu müəssisədə saxlanılırlar. Onu da qeyd edək ki, 2005-ci ildə həbs olunan Əli İnsanovun məhkumluğunun bitməsinə təqribən bir il vaxt qalıb. 
 
Müsavat Partiyası da Əli İnsanova və İnsanovlar ailəsinə dərin hüznlə başsağlığı verib.
 
Allah rəhmət eləsin!
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.