banner
banner

Sosİal

Balakəndə üç nəfər göbələkdən zəhərləndi

Balakəndə üç nəfər göbələkdən zəhərləndi

Balakən rayonunda ikisi bir ailənin üzvü olmaqla, üç nəfər göbələkdən zəhərlənib.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, oktyabrın 27-si axşam saat 22 radələrində rayonun Qabaqçöl qəsəbə sakinləri Şaban Ömər oğlu Qurçayev, Şabanın həyat yoldaşı Cəvahir Abbas qızı Qurçayeva və Yusub Ramazan oğlu Yusubov zəhərlənmə əlamətləri ilə xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə daxil olublar.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, zəhərlənən şəxslər Şaban Qurçayevin yaşadığı evdə göbələk yeyiblər. Göbələk yeyəndən az sonra hər üç şəxsdə zəhərlənmə əlamətləri özünü büruzə verib. Hər üç şəxsə xəstəxanada lazımi ilkin tibbi yardım göstəriləndən sonra müayinə və müalicələrini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.