banner
banner

Sosİal

“İntihar körpüsü” nəzarətə götürüldü

“İntihar körpüsü” nəzarətə götürüldü

Polis əməkdaşları “Koroğlu” körpüsündə intihara cəhd hallarını nəzərə alıb sayıqlıqlarını bir az da artırıblar.

Bunu AzVision.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov bildirib.

DİN rəsmisi qeyd edib ki, intihara cəhd hallarının qarşısının alınması məqsədi ilə nazirlik tərəfindən müəyyən tədbirlər görülür:

“Həmin halların qarşısı polis əməkdaşları tərəfindən alınır. Şükürlər olsun ki, həmin intihara cəhd edənlərin heç birisi intihar etməyiblər. Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə tədbirləri ilə həmin halların qarşısı alınır. Həmin ərazidə xidmət aparan bizim post patrul xidmətinin əməkdaşları intihara cəhd amillərinə də diqqət yetirirlər və belə halların baş verməməsi üçün lazımı tədbirlər görürlər. Həmin yer Sabunçu və Nizami Rayon Polis İdarələrinin xidməti ərazilərinə daxildir. Şəhərin hər yerində olduğu kimi orada da bizim aidiyyatlı əməkdaşlarımız sutka ərzində öz xidmətlərini aparırlar. Onlar intihara cəhd hallarını da nəzarə alır və sayıqlıqlarını bir az da artırıblar. Bütün lazımı tədbirlər görülüb”.

DİN-nin mətbuat xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov həmçinin bulvar ərazisində baş verən intihara cəhd hallarına da münasibət bildirib. O, qeyd edib ki, həmin ərazidə də polis əməkdaşları tərəfindən müxtəlif tədbirlər həyata keçirilir:

“Polis və FHN əməkdaşları tərəfindən ora da daxil olmaqla, paytaxtın bütün ərazilərində gecə-gündüz xidmət aparılır. Belə halların baş verməməsi üçün bütün lazımı tədbirlər görülüb”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.